GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRLİYİ XƏSTƏ UŞAQLAR ÜÇÜN YENİ İL ŞƏNLİYİ TƏŞKİL ETMİŞDİR
Gənclər, İdman və Turizm Nazirliyi “Dəcəllər” uşaq kukla teatrı ilə birlikdə Yeni il münasibətilə xəstə uşaqlar üçün bayram şənliyi təşkil etmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tədbir “Hər bir uşağa qayğı” devizi altında keçirilmişdir. Tədbirdən əsas məqsəd inkişafdan geri qalmış uşaqların sosial reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası prosesinin təşviqi idi. Şənliklərdə 100-ə yaxın xəstə uşaq və onların valideynləri iştirak etmişlər. Uşaqlar “Dəcəllər” teatrı kollektivinin köməyi ilə hazırladıqları müxtəlif səhnəcikləri göstərmişlər. Təşkilatçılar adından uşaqlara hədiyyələr verilmişdir.