GƏNCLƏR KƏND TƏSƏRRÜFATINA CƏLB EDİLMİŞLƏR
Bakı, 19 fevral (AZƏRTAC). Aqro İnformasiya Mərkəzi (AİM) “Kəndli gənclərlə iş” layihəsi həyata keçirir. Məqsəd kənd yerlərində yaşayan gənclərin aqrar sahəyə marağını artırmaq və onların təsərrüfatlarda qərarvermə rolunun güclənməsinə nail olmaq, iri şəhərlərə arzuolunmaz axınının qarşısını almaqdır.
Layihə ilkin olaraq Ağcabədi və Beyləqan rayonlarında həyata keçirilməyə başlamışdır. Bu ildən isə Bərdə və Tərtər rayonlarını da əhatə edəcəkdir.
Gənclər qruplarda birləşərək AİM-ə kənd təsərrüfatının müxtəlif gəlirgətirici sahələrinə dair mikrolayihələr təqdim edirlər. Layihələri bəyənilən qruplara maddi dəstək göstərilməsi ilə yanaşı, ünsiyyət və əməkdaşlıq, qrupdaxili səfərbərlik istiqamətində təlimlər təşkil edilir, onların texniki bilikləri artırılır. İndiyədək 8 belə qrup formalaşaraq 8 gəlirgətirici mikrolayihə reallaşdırmışdır. Bu il daha 10 qrupun yaradılması nəzərdə tutulur. Artıq kəndli gənclərə “Layihə təklifinin yazılması” təlimi verilmiş, bəzi qruplar layihə təklifi yazaraq AİM-ə təqdim etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]