Gənclər tullantıların idarəolunması ilə bağlı maarifləndirilmişlər
Bakı, 26 sentyabr (AZƏRTAC). “Təbiət Dostları” Gənclər İctimai Birliyi tərəfindən “Yaşıl həftə-2012” kampaniyası təşkil edilmişdir. Tədbirdə “Təmiz Şəhər” ASC-nin layihələrin idarəolunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov tullantıların idarəolunması ilə bağlı gəncləri məlumatlandırmışdır.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, görüşdə tullantıların zərərsizləşdirilmə üsulları, ölkəmizdə bu sahədə əldə edilən nailiyyətlər və gənclərin bu sahədə rolundan danışılmışdır.
Eyni zamanda, tədbir iştirakçılarına Balaxanı poliqonunun təkmilləşdirilməsi və müasir standartlara uyğun qurulması sahəsində görülən işlər, artıq sınaq rejimində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun iş mexanizmi və ilin sonunda istismara veriləcək Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında geniş məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]