Gənclərin məşhur insanlarla görüşünə start verilir
Bakı, 20 aprel, AZƏRTAC
Gənclər və İdman Nazirliyi tərəfindən “Armudu” layihəsi çərçivəsində gənclərin məşhur insanlarla görüşü ilk dəfə bu il fevralın 2-də Azərbaycan Gəncləri Günündə reallaşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkil olunması və onların müxtəlif sahələrdən olan məşhur simalarla canlı ünsiyyətinə şəraitin yaradılmasıdır.
Cari ilin fevralında Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli nasir yazıçı Baba Vəziroğlu və teatr və kino aktrisası, Xalq artisti Mehriban Zəki ilə 300-ə yaxın gəncin iştirakı ilə görüş keçirilib.
Layihənin davamı olaraq, koronavirus infeksiyası ilə bağlı ölkəmizdə elan edilmiş karantin müddətində #evdəqalınkişafet şüarı ilə aprelin 23-də saat 17:00-da gənclər tanınmış Azərbaycan aktyoru, şoumen, naşir, Əməkdar artisti Bəhram Bağırzadə ilə onlayn görüşmək imkanı əldə edəcəklər.
Görüşdə iştirak etmək istəyən gənclərin qeyd edilən linkə daxil olması xahiş olunur.
Qeydiyyatdan keçmək mütləqdir.
Qeydiyyat üçün son tarix aprelin 22-dəkdir.
Layihənin sosial media hesabı: https://www.facebook.com/armudulayihesidir.