“GENDER VƏ MƏDƏNİYYƏT” MÖVZUSUNDA YAY MƏKTƏBİ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Qərb Universitetinin gender araşdırmalar mərkəzi və BMT-nin Əhali Fondunun təşkilatçılığı ilə sentyabrın 5-8-də “Grescent Beach” mehmanxanasında “Gender və mədəniyyət” mövzusunda yay məktəbi keçirilir.
Tədbirdə gender mədəniyyətinin artırılması və ali təhsil sisteminə gender elminin inteqrasiyası məsələləri müzakirə edilir.
Respublikanın ali təhsil müəssisələrinin humanitar və sosial fənn müəllimlərinin iştirak etdikləri məşğələlərdə gender və təhsil, islamda qadın və kişi bərabərliyi, gender və iqtisadiyyat mövzularında məruzələr dinlənilmişdir.
Məşğələlərdə iştirakçılar həm nəzəri, həm də praktiki biliklər əldə edəcək, tədrisin interaktiv metod və üsullarından, dəyirmi masa, debat, kiçik qruplarda iş təşkil olunacaqdır.