“GENERAL ŞIXLİNSKİ” TANKERİNİN HEYƏT ÜZVLƏRİNDƏN 8 NƏFƏRİ İYULUN 12-DƏ BAKIYA QAYITMIŞDIR
Azərbaycan Dövlət Xəzər Gəmiçiliyi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, “General Şıxlinski” tankerinin heyət üzvlərindən 8 nəfəri - gəmi kapitanının 3-cü köməkçisi Saleh Ələkbərov, 4-cü mexanik Nemət Əzimov, radiostansiyanın rəisi Qahir Şeydayev, bosman Hümbət Hüseynov, matros Araz Xakiyev, motorçular Qiyas Rəsulov və Teymur İlmanov, aşbaz Azər Qasımov uyulun 12-də axşamüstü “Naxçıvan” gəmi-bərəsi ilə Bakıya qayıtmışlar.
Gəmi heyətinin 8 nəfər üzvü isə öz arzuları ilə Türkmənbaşı limanında qalaraq, xilasetmə işlərinə kömək göstərirlər.
Heyətin itkin düşmüş 6 üzvünün axtarışı davam etdirilir. Eyni zamanda, tankerin quma oturmuş arxa hissəsinin qaldırılması üçün tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [14:44]
Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir
- 04.06.2026 [13:47]
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
- 04.06.2026 [13:04]
Ağdam Sənaye Parkında daha bir şirkətə rezident statusu verilib
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:39]