GEOLOQ ALİMLƏRİMİZ KÜRÜN DELTASINDA ƏCNƏBİ HƏMKARLARI İLƏ BİRGƏ TƏDQİQATLAR APARACAQLAR
AMEA-nın Yer haqqında elmlər bölməsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə layihənin Azərbaycan tərəfdən əlaqələndiricisi, Geologiya İnstitutunun Geoloji-geofiziki məlumatların coğrafi informasiya sistemi analizi şöbəsinin rəhbəri, geologiya– mineralogiya elmləri namizədi Dadaş Hüseynov qonaqları salamlamış və bildirmişdir ki, 2 illik layihənin əsası bu ilin avqust ayında qoyulmuşdur. O, İNTAS–ın qrant dəstəyi ilə həyata keçirilir və Kürün deltasının Holosen dövrünə aid Niderlandın Delft Universiteti ilə birgə reallaşdırılan ikinci layihədir. Qarşıdan gələn aylarda deltada tədqiqatlar aparılacaqdır.
Sonra layihənin rəhbəri, Delft Universitetinin professoru Solomon Krononberq Kürün deltasına dair aparılmış birinci layihənin elmi nəticələri barədə məlumat vermiş, fotomaterialları nümayiş etdirmişdir.