Gömrükçülər qanvermə aksiyasında iştirak ediblər VİDEO
Bakı, 18 aprel, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında ciddi nəticələr əldə olunmasına şərait yaradan xüsusi karantin rejimi, sosial izolyasiya kimi tədbirlərin reallaşdırılması zamanı bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi məqsədilə Heydər Əliyev Fondu qanvermə aksiyasının keçirilməsi təşəbbüsünü irəli sürüb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə başlayan aksiyada DGK-nın əməkdaşları da fəallıq göstərirlər. Gömrük Komitəsinin mərkəzi aparatının, Bakı Baş Gömrük İdarəsinin, DGK-nın Akademiyasının əməkdaşları könüllü şəkildə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankında qan veriblər. Könüllü gömrükçülər də aksiyada iştirak ediblər.
Ümumilikdə 120 gömrük əməkdaşı və 10 könüllü gömrükçü qan verib.