“Google Chrome” veb-brauzerində növbəti boşluq aşkarlanıb
Bakı, 26 aprel, AZƏRTAC
“Google Chrome” veb-brauzerində daha bir boşluq (CVE-2023-2136) aşkarlanıb.
AZƏRTAC Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, “C++” dilində yazılmış “Google”a məxsus açıq mənbǝli, çox platformalı 2D qrafika kitabxanası olan “Skia”da mövcud olan boşluğun müvəffəqiyyətlə istismarı kiberdələduza ixtiyari kodu icra etməyə imkan verir.
Bu boşluqdan istifadə edərək kiberdələduzların sistemlərə və şəbəkələrə icazəsiz giriş əldə etməsi, fərdi məlumatları ələ keçirməsi və manipulyasiya etməsi mümkündür.
Təhlükəsizlik üçün “Google Chrome” veb-brauzerinin “macOS” üçün “112.0.5615.137”, “Windows” üçün isə “112.0.5615.137/138” versiyasına yenilənməsi tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]