Goranboy rayonunda qanunsuz ov edən şəxslər saxlanılıblar
Bakı, 4 yanvar, AZƏRTAC
Goranboy rayonunun Düzqışlaq kəndi ərazisində qanunsuz ov edən kənd sakini Müzadil Hüseynov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, ondan müvafiq sənədləri olmayan 16 kalibrli ov tüfəngi və 4 patron aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəliməmmədli şəhər sakini Yusif Yusifovun da müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi ilə rayon ərazisində ovçuluqla qeyri-qanuni məşğul olduğu aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam edir.