Goranboyda “Azadlıq mücahidləri” mövzusunda “dəyirmi masa”
Goranboy, 15 yanvar, AZƏRTAC
Goranboy Rayon Mədəniyyət və Turizm Şöbəsində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş “Azadlıq mücahidləri” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlılarının Bakıda törətdikləri qırğın zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”da şöbənin müdiri Gündüz Hacıyevin həmin dövrdə ölkədə cərəyan edən hadisələrdən və faciə zamanı törədilmiş faciədən bəhs edən məruzəsi dinlənilib, çıxışlar olub.
Qeyd edilib ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. 1990-cı ilin Qanlı Yanvarı Azərbaycan xalqı üçün belə bir tarix yazdı. O müdhiş gecədə Azərbaycan xalqı sınağa çəkilsə də, qəhrəman oğullarımız üzə çıxdılar və qorxmadan onları gözləyən ölümün üzərinə yeridilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [23:06]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [22:54]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:41]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:26]