GORANBOYDA İNTERNET İSTİFADƏÇİLƏRİNİN SAYI ARTMIŞDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Goranboyda internetin inkişafı və yeni xidmətlərin artması ilə əlaqədar mərkəzi elektron ATS-də 16 portluq ADSL avadanlığı quraşdırılmışdır.
Bu avadanlıq əhalinin həm yüksək sürətli internetdən yararlanmasına, həm də telefon kanalının daim işləməsinə şərait yaradır.
Rayon ərazisində ötən ilin göstəricilərinə nisbətən internet istifadəçilərinin də sayı xeyli artmışdır. Hazırda Goranboy rayonunda 8 internet klubu fəaliyyət göstərir. Rayon mərkəzində fəaliyyət göstərən internet klublarından dördü yüksəksürətli ADSL xidmətindən istifadə edir.
Goranboy TKQ tərəfindən məcburi köçkünlərin məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində yeni internet klubu yaradılmışdır. Hazırda Dəliməmmədli və Qızılhacılı qəsəbələrində də internet klubları fəaliyyət göstərməkdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]