MƏDƏNİYYƏT
Görkəmli bəstəkar Arif Məlikovun mahnılarından ibarət konsert anşlaqla keçib
Bakı, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovun mahnılarından ibarət konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə Arif Məlikovun “Azərbaycan”, “Güllərim”, “Dənizdə ay çiməndə”, “Gözlərimin dünyası”, “Gəl bizim dağlara”, “İnandım”, “Sən Əslisən, mən Kərəm”, “Şirin qızım”, “Qonaq gəl bizə”, “Dənizə baxıram”, Günəş ürəkli” və digər unudulmaz mahnıları ifa olunub.
Qeyd edək ki, musiqinin ən müxtəlif janrlarında bəstələri olan Arif Məlikov baletləri, kantataları, operettaları, müxtəlif janrlı kamera-instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara musiqiləri ilə milli musiqi xəzinəmizi zənginləşdirib.