Görkəmli bəstəkara həsr edilmiş portret sənətsevərlərə təqdim olunub
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən “Evdə qal - Qalib gəl! layihəsinə qoşulan rəssam Vüqar Əli layihəyə öz töhfəsini verməyə davam edir. Belə ki, layihəyə yaradıcılıq prosesini əhatə edən ustad dərs ilə qoşulan rəssam daha sonra layihə çərçivəsində 1998-ci illərə aid Bakı və Bakı kəndlərini tərənnüm edən etüdlərindən bəhs edən "Köhnə bağlar" filmi işıq üzü görmüşdür. Sonuncu olaraq “Evdə qal - Qalib gəl” layihəsi çərçivəsində istedadlı rəssamın Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevə həsr etdiyi portret sənətsevərlərə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən “Evdə qal - Qalib gəl” layihəsi pandemiya dövründə rəssamları bir araya toplamaqla yanaşı, layihə çərçivəsində maraqlı aksiyalar, Azərbaycan təsviri sənətini əhatə edən silsilə mühazirələr və müxtəlif istiqamətli layihələr həyata keçirməsi sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub.
Qalereyanın “Instagram” sosial şəbəkəsində izləyiciləri artıq 5000 nəfəri keçib. Azərbaycan Dövlət Rəsm Qalereyası rəssamları virtual layihəyə qoşulmağa dəvət edir. Sənət ocağının həyata keçirdiyi layihələri müxtəlif platformalardan izləmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]