Göyçayda “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda konfrans keçirilmişdir
Göyçay, 7 may (AZƏRTAC). Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Göyçay şəhərində “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransda əvvəlcə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilmişdir.
Tədbirdə çıxış edənlər müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən, ölkənin inkişafındakı xidmətlərindən danışmışlar. Bildirilmişdir ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə daim ölkəsinin inkişafı naminə, xalqın gələcəyi uğrunda əlindən gələni etmişdir. Dahi rəhbərin fəaliyyəti nəticəsində ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm, təhsil, mədəniyyət və incəsənət, səhiyyə tənəzzüldən inkişaf mərhələsinə qədəm qoymuşdur. Dünya şöhrətli siyasi xadimin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir.
Tədbirdə məktəblilər dahi şəxsiyyət Heydər Əliyevə həsr edilmiş şeir və mahnılar ifa etmişlər.
Sonda ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]