Göyərtəsində 2712 sərnişin olan gəmiyə Marsel limanına yan almağa icazə verilmədi
Marsel, 18 aprel, AZƏRTAC
COVID-19 epidemiyasından əvvəl dünya turuna çıxmış Costa Deliziosa kruiz gəmisi quruya yan ala bilmir. Gəminin göyərtəsində 426-sı fransız olmaqla, 2712 sərnişinin olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, martın 15-dən dünya turunu dayandıran gəmini heç bir ölkə qəbul etmir.
Buş-dü-Ron (Bouches-du-Rhone) prefekturası da Costa Deliziosa kruiz gəmisinin Marsel limanına yan almasına icazə verməyib.
Prefekturanın komunikesində bildirilib ki, COVID-19 epidemiyası başlayandan Marsel limanına Costaya mənsub Aida Sol (500 nəfərlik) və Costa Smeralda (1600 nəfərlik) gəmiləridə daxil olmaqla, bir neçə gəmi yan alıb. Bu gəmilərlə bağlı çoxsaylı təhlükəsizlik qüvvələri tələb olunur. Həmçinin yaxın günlərdə Marsel limanına yan alacaq və göyərtəsində 1700 nəfər olan MSC Magnifica gəmisi də çoxsaylı təhlükəsizlik qüvvələrinin səfərbər olmasını tələb edir. Buna görə də liman başqa gəmini qəbul edə bilməz.
Marseldən etiraz cavabı alan Costa Deliziosa kruiz gəmisinin İtaliya istiqamətində irəlilədiyi bildirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Marsel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]