Göygöldə tamet daşı sexində yanğın olub VİDEO
Göygöl, 26 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Göygöldə yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb. Qəsəbədə fəaliyyət ümumi sahəsi 315 kvadratmetr olan tamet daşı sexində anidən yanğın baş verib. Dərhal əraziyə FHN-nın Göygöl rayon yanğından mühafisə hissəsinin 2 yanğın söndürən avtomobili cəlb olunub. Yanğın söndürülüb.
Yanğın zamanı sexin 20 kvadratmetr ərazisi yanıb, obyektin qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.