Güclü külək və qar Lerik rayonunun elektrik təsərrüfatına ciddi ziyan vurmuşdur
Lerik, 31 mart (AZƏRTAC, Bağır Əliyev). Martın 30-da səhər saatlarından başlayaraq cənub bölgəsində güclü küləklə müşayiət olunan qar Lerik rayonunun elektrik təsərrüfatına ciddi ziyan vurmuşdur.
Rayon icra hakimiyyəti başçısının müavini, fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun AZƏRTAC-a verdiyi məlumata görə, 100-dən çox elektrik dirəyi, 10 min metrdən çox elektrik xətləri sıradan çıxmışdır. Nəticədə rayona elektrik enerjisinin verilməsi dayandırılmışdır.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayonun əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Rayonun 40-a yaxın kəndində isə hələ də işıq yoxdur.
Yağan qar işi çətinləşdirsə də, təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir.
Hazırda rayon mərkəzində qarın hündürlüyü 20, ucqar ərazilərdə isə 25-30 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]