GÜLƏŞ ÜZRƏ NÖVBƏTİ DÜNYA ÇEMPİONATI BAKIDA KEÇİRİLƏCƏKDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, FİLA-nın prezidenti Rafael Martinettinin rəhbərliyi ilə keçirilən toplantıda növbəti dünya çempionatı ilə bağlı məsələlər müzakirə olunmuşdur. Bir sıra ölkələr çempionata ev sahibliyi etmək üçün namizədliklərini irəli sürsələr də, müzakirələrdən sonra bu yarışların Azərbaycanda keçirilməsi yekdilliklə qərara alınmışdır.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Raqif Abbasovun sözlərinə görə, qərarın qəbulu zamanı son illər Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən güləşin sürətlə inkişafı və beynəlxalq yarışlarda qazanılan uğurlar nəzərə alınmışdır.
2007-ci il sentyabrın 18-dən 23-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində qadınlar arasında sərbəst, kişilər arasında isə sərbəst və yunan-Roma güləşi üzrə keçiriləcək dünya çempionatının qalibləri 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına birbaşa lisenziya qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]