Güləşçilərimiz Antalyada keçirilən “Çempionlar” turnirinə dörd medalla start veriblər
Bakı, 20 aprel, AZƏRTAC
Antalyada gənc güləşçilər arasında “Çempionlar” turniri start götürüb.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, yarışın ikinci günündə ilk medalçılar müəyyənləşib. Qızların mübarizəsində bütün rəqiblərinə qalib gələn Ceyla Nağızadə 65 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ayşən Yusifova (53 kq) isə bürünc medala layiq görülüb.
Sərbəst güləşçilərimizdən Elmar Kazımov (70 kq) və Asxab Həmzətov (92 kq) çəki dərəcəsində yalnız finalda uduzaraq gümüş medalla kifayətlənməli olublar.