Gürcüstan beynəlxalq aviareyslərə tətbiq olunan qadağanın müddətini avqustun 31-dək uzadıb
Tbilisi, 23 iyul, AZƏRTAC
Gürcüstan Mülki Aviasiya Agentliyi beynəlxalq aviareyslərin müntəzəm həyata keçirilməsinə tətbiq olunan qadağaların avqustun 31-dək uzadılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Bildirilir ki, bu qərar dünyada koronavirus pandemiyasının davam etməsi ilə əlaqədardır. Bununla belə, qərar Paris, Münhen və Riqaya həyata keçiriləcək uçuşlara şamil edilməyəcək. Bu istiqamətlər üzrə nəzərdə tutulmuş aviareyslər davam edəcək.
Agentlikdən verilən məlumata görə, avqustun 2-dən həftədə 2 dəfə Münhenə, avqustun 8-dən Parisə və Riqaya müntəzəm aviareyslər həyata keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]