Gürcüstan DTX mümkün təxribatlarla əlaqədar xalqa müraciət edib
Tbilisi, 16 oktyabr, AZƏRTAC
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) seçkilər ərəfəsində planlaşdırılan mümkün təxribatlar barədə xalqa xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, qurumun məlumatında deyilir ki, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstan hökumətinin nümayəndələrinin səslərindən və videogörüntülərindən istifadə edilərək saxta video və audioyazılarını yaymağı planlaşdırırlar. Saxtalaşdırılmış audioyazılar Dövlət Təhlükəsizlik Xidmətindən sızdırılmış məlumatlar kimi təqdim ediləcək.
Bu saxta məlumatın yayılmasının məqsədi hakimiyyət qolları arasında qarşıdurma, hökumətlə Pravoslav Kilsəsi arasında düşmənçilik yaratmaq və hökumətlə Qərb tərəfdaşları arasında münasibətləri pisləşdirməkdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]