Gürcüstan əhalisinin 60 faizi koronavirus əleyhinə peyvənd olunacaq
Tbilisi, 16 yanvar, AZƏRTAC
“Hökumətin hazırladığı plana əsasən, Gürcüstan əhalisinin 60 faizi koronavirus əleyhinə peyvənd olunacaq”.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Baş epidemioloq deyib ki, 18 yaşa qədər olan şəxslər peyvənd olunmayacaq. Ona görə ki, bu yaşdan kiçik olanların peyvəndlənməsi ilə bağlı tibbi araşdırma aparılmayıb.
Mərkəz rəhbəri qeyd edib ki, kollektiv immunitetin yaradılması və normal həyat ritminə qayıtmaq üçün əhalinin 60 faizi peyvənd olunmalıdır.
Onun sözlərinə görə, peyvəndləmə ölkəyə 165-170 milyon lariyə başa gələcək.
Bildirilib ki, Gürcüstanda koronavirusa qarşı peyvəndin bu ilin birinci rübündə tətbiq olunacağı nəzərdə tutulub.
Gürcüstan COVAX platforması vasitəsilə ilkin mərhələdə “Pfizer” vaksini əldə edəcək.
Gürcüstan platformadan aldığı məktuba yanvarın 18-də cavab məktubu göndərməlidir. Sənəddə ölkədə vaksinasiyanın aparılması ilə bağlı hazırlıqlar barədə məlumat təqdim olunacaq.
Xətayi Əizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]