Gürcüstan hökuməti beynəlxalq aviauçuşların bərpası ilə bağlı danışıqları davam etdirir
Tbilisi, 14 may, AZƏRTAC
Gürcüstan hökumətinin beynəlxalq aviauçuşların bərpası ilə bağlı danışıqları müsbət nəticələr verir. Artıq 20-dən çox aviaşirkət Gürcüstana uçuşları bərpa etməyə hazır olduqlarını bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava məlumat verib.
Nazirin sözlərinə görə, həmin aviaşirkətlər Gürcüstana mütəmadi reyslər yerinə yetirən şirkətlərdir.
O deyib ki, bu istiqamətdə danışıqlar davam edir və yaxın günlərdə daha bir neçə aviaşirkətin Gürcüstana uçuşları bərpa etmək istəyi barədə məlumat veriləcək.
Qeyd edək ki, aviaşirkətlər arasında “Wizzair”, “Ryanair”, “Türk Hava Yolları”, “İsrail Hava Yolları” və “Qatar Airways” şirkətləri də var. Məlumat üçün bildirək ki, Gürcüstan hökuməti iyunun 15-dən daxili turizmi, iyulun 1-dən isə beynəlxalq turizm marşrutlarını açmaq niyyətindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]