Gürcüstan hökuməti sərt məhdudiyyətlərin tətbiqi ilə əlaqədar yeni qərar qəbul edib
Tbilisi, 26 noyabr, AZƏRTAC
Gürcüstanda COVID-19 virusu ilə əlaqədar yaranmış ağır epidemioloji vəziyyət səbəbindən sərt məhdudiyyətlər tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Qərara əsasən noyabrın 28-dən etibarən ölkədə əlavə sərt məhdudiyyətlər tətbiq olunacaq və sərt karantin rejimi 2021-ci il yanvarın 31-dək qüvvədə saxlanılacaq.
Bildirilir ki, bu müddət ərzində vətəndaşlar və nəqliyyat vasitələrinin hərəkəti 31 dekabr və 6 yanvar istisna olmaqla saat 21:00-dan saat 05:00-dək məhdudlaşdırılacaq.
Bununla yanaşı, şəhərlərarası nəqliyyatın hərəkəti dayandırılacaq.
Fərdi avtomobillə hərəkət və taksilərin fəaliyyətinə icazə veriləcək.
Restoran və kafelərdə yerində xidmət, idman obyektlərinin fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi qadağan olunacaq.
Tbilisi, Batumi, Kutaisi, Rustavi, Qori, Poti, Zuqdidi və Telavi şəhərlərində ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektlərinin fəaliyyəti qadağan olunacaq.
Kənd təsərrüfatı məhsullarının satış bazarları fəaliyyətini davam etdirəcək.
Bütün tədris müəssisələrində məsafədən təhsil (distant) rejimi tətbiq olunacaq, dövlət və özəl uşaq bağçaları bağlı olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]