Gürcüstan KİV-i Azərbaycan Prezidentinin Ağdama səfərindən yazıb
Tbilisi, 14 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfəri Gürcüstan KİV-in diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “24news.ge”, “aktual.ge”, “interpress.ge” informasiya portalları Azərbaycan Prezidentinin Ağdama səfəri və Ağdam Cümə məscidində söylədiyi fikirlərdən xəbərlər paylaşıblar.
Azərbaycan və gürcü dillərində yayılan xəbərlərdə Ağdam Cümə məscidində aparılacaq təmir-bərpa işləri, işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən quruculuq işləri və ermənilərlə bağlı sülh müqaviləsi barədə fikirləri əksini tapıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi