Gürcüstan Ombudsmanı: Milli azlıqların yerli özünü idarətetmə orqanlarında iştirakı çox aşağı səviyyədədir
Tbilisi, 2 aprel, AZƏRTAC
Gürcüstan Xalq Müdafiəçisinin (Ombudsman) və onun aparatının yerli özünü idarəetmə orqanlarında milli azlıqların iştirakının genişləndirilməsinə dair tövsiyələri ilə əlaqədar ölkədə effektiv addımlar atılmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Gürcüstan Xalq Müdafiəçisinin (Ombudsman) 2018-ci il üçün hesabatında yer alıb.
Hesabatın azərbaycanlılarla bağlı hissəsində deyilir ki, Gürcüstanın Marneuli rayonunda azərbaycanlılar sıx yaşamalarına baxmayaraq, onların yerli idarəetmə orqanlarında təmsilçiliyi çox aşağı səviyyədədir.
Marneulidə milli azlıqların nümayəndələri özlərinə aid məsələlərin həllində istənilən və tələb olunan səviyyədə iştirak etmirlər.
Hesabatda, həmçinin vurğulanıb ki, milli azlıqlara məxsus mədəni irs abidələrinin qorunması sahəsində bəzi tədbirlər həyata keçirilsə də, bu sahə ilə bağlı tövsiyələrin hamısı yerinə yetirilməyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]