Gürcüstan parlamentinin sədri Azərbaycana səfərə gəlmişdir
Bakı, 6 iyul (AZƏRTAC). Gürcüstan parlamentinin sədri David Usupaşvili iyulun 6-da Azərbaycana səfərə gəlmişdir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.
D.Usupaşvili aeroportda jurnalistlərə müsahibəsində bildirmişdir ki, səfərin məqsədi Azərbaycan ilə Gürcüstanın qanunverici orqanları arasında müxtəlif sahələri əhatə edən, o cümlədən iqtisadi və hüquqi sahədə qarşılıqlı əməkdaşlıq məsələlərini ətraflı müzakirə etməkdir.
Səfər çərçivəsində Gürcüstan parlamenti sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]