Gürcüstan parlamentinin spikeri Avropa İttifaqını bu ölkədə baş verən hadisələri pisləməyə çağırıb
Tbilisi, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Tbilisidə baş verən toqquşmalarda 25-ə qədər polis əməkdaşı yaralanıb, onlardan 15-i xəstəxanaya yerləşdirilib. Polis 46 etirazçını və aksiyanın 5 təşkilatçısını saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili sosial şəbəkədəki səhifəsində yazıb.
Onun sözlərinə görə, Avropa İttifaqı dəstəklədiyi qruplar tərəfindən Gürcüstanın Prezident Sarayına zorakılıqla basqın edilməsini pisləyənə qədər ekstremizmin tərəfdarı olaraq qalacaq.
O deyib ki, Gürcüstan hakimiyyəti Qərb dövlətlərini və Amerika Birləşmiş Ştatlarını Tbilisidəki hadisələri pisləməyə çağırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [12:28]
Rusiyanın Yaroslavl vilayətinə dron hücumu nəticəsində iki nəfər yaralanıb
- 03.11.2026 [11:42]