Gürcüstan Prezidenti ilə Türkiyənin səfiri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Tbilisi, 1 may, AZƏRTAC
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyə Respublikasının bu ölkədəki səfiri Ali Kaan Orbay ilə görüşüb.
AZƏRTAC Gürcüstan Prezidenti Administrasiyasına istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın və ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Cənubi Qafqazda cərəyan edən proseslərdə, həmçinin regionda sabitliyin və sülhün təşviqində Gürcüstan və Türkiyənin roluna diqqət yetirilib. Eyni zamanda, strateji əməkdaşlıq çərçivəsində ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələləri, o cümlədən iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi perspektivləri nəzərdən keçirilib. İki ölkənin tranzit-nəqliyyat potensialından tam istifadə olunmasının və bu sahədə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
Prezident Mixeil Kavelaşvili Türkiyə tərəfinə Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə təşəkkür edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]