Gürcüstan Prezidenti “Toplantılar və nümayişlər haqqında” Qanuna düzəlişləri təsdiqləyib
Tbilisi, 11 dekabr, AZƏRTAC
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Toplantılar və nümayişlər haqqında” Qanuna düzəlişləri təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun artıq qüvvəyə minib. Dəyişikliklərə əsasən ictimai yerlərdə mitinqlərin təşkili qaydalarına yeni məhdudiyyətlər tətbiq olunacaq.
Yeni qanuna əsasən, insanların hərəkət etdiyi ərazilərdə toplantı və nümayiş təşkil olunacağı halda Daxili İşlər Nazirliyi aksiyanın təşkilatçılarını əvvəlcədən xəbərdar etməlidir.
Eyni zamanda, yolların süni şəkildə bağlanması qadağan edilir. Yolların nəqliyyat vasitələri, tikinti materialları və digər əşyalarla bağlanmasına icazə verilmir.
Dəyişikliklər həm təhlükəsizliyin təmin olunması, həm də şəhərdaxili hərəkətin iflic edilməsinin qarşısının alınması məqsədi daşıyır.
Yeni qaydalar qüvvəyə mindikdən sonra hüquq-mühafizə orqanlarına daha geniş müdaxilə səlahiyyətləri verilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]