Gürcüstanda koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb
Tbilisi, 27 noyabr, AZƏRTAC
Gürcüstanda ötən sutkada koronavirusa yoluxma ilə əlaqədar yeni antirekord qeydə alınıb. Son 24 saat ərzində ölkədə daha 4 min 780 nəfərdə koronavirus təsdiqlənib. Bu günədək xəstə olan 3 min 489 nəfər müalicə olunaraq sağalıb, 37 pasiyent isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 123 min 470-ə çatıb. Yoluxanların 102 270-i sağalıb, 1 161-i isə pandemiyanın qurbanı olub.
Hazırda karantin rejimində 2 114, stasionar nəzarətdə 6 251 nəfər saxlanılır.
Daha 3 863 nəfər isə xüsusi otellərdə müalicə olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]