Gürcüstanda müxalifət partiyasının üzvü Tbilisi Şəhər Məhkəməsinin dəftərxanasını yandırmağa cəhd edib
Tbilisi, 29 noyabr, AZƏRTAC
Bu gün Gürcüstanın “Güclü Gürcüstan-Lelo” koalisiyasının liderlərindən biri Aleksandre Elisaşvili səhər saatlarında Tbilisi Şəhər Məhkəməsinin dəftərxanasının binasını yandırmağa cəhd edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Nazirliyin məlumatına görə, Elisaşvili maska geyinərək məhkəmə binasının xarici fasadındakı şüşəni çəkiclə sındırıb və içəri daxil olub. O, dəftərxana ləvazimatlarına, avadanlıqlara və sənədlərə benzin tökərək binanı yandırmağa cəhd edib. Hadisə zamanı məhkəmə işçiləri onu zərərsizləşdiriblər.
DİN bildirir ki, Elisaşvili əlindəki odlu silahdan istifadə etməklə müqavimət göstərib və icraçılara fiziki təzyiq tətbiq edib. Qarşıdurmaya baxmayaraq, o, yerindəcə həbs olunub. Toqquşma nəticəsində məhkəmə icraçılarından biri xəsarət alaraq tibb məntəqəsinə yerləşdirilib. Elisaşvili də saxlanılma zamanı müqavimət göstərdiyi üçün xəsarətlər alıb.
Cinayətin törədilməsində istifadə edilən alətlər polis tərəfindən maddi sübut kimi götürülüb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-187-ci maddəsi üzrə araşdırma aparılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]