Gürcüstanda parlament seçkiləri ilə əlaqədar 3657 seçki məntəqəsi yaradılacaq
Tbilisi, 1 sentyabr, AZƏRTAC
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçiriləcək parlament seçkilərinə ciddi hazırlaşır. Bütün seçicilərin səsvermədə azad, təhlükəsiz və demokratik iştirakını təmin etmək üçün ölkə üzrə 3 min 657 seçki məntəqəsi yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verib.
Onun sözlərinə görə, MSK seçkiyə qatılan partiyalarla məsləhətləşmələr aparır. Pandemiya halında seçki komissiyalarının fəaliyyəti üçün lazımi sanitariya-gigiyena tələbləri təmin olunmalıdır ki, bu da seçki dairəsi işçilərinə və seçkilərdə iştirak edən partiyalara şamil ediləcək.
MSK-nın sentyabrın 1-də keçirilən iclasında Gürcüstan Silahlı Qüvvələrinin Əfqanıstanda yerləşən sülhməramlı taborunda xidmət edən gürcü hərbçilər üçün Baqrami və Məzari-Şərifdə də seçki məntəqələrinin yaradılması barədə qərar qəbul edilib.
MSK rəsmisi deyib ki, bu günə qədər seçkilərdə iştirak etmək üçün 59 siyasi partiya qeydiyyatdan keçib.
“Qeydiyyatdan keçə bilməyən digər partiyalar seçkilərdə iştirak etmək üçün sentyabrın 4-dən gec olmayaraq MSK sədrinə müraciət etməlidirlər”, - deyə Mikeladze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]