Gürcüstanda qripə qarşı peyvəndləmə davam edir
Tbilisi, 11 dekabr, AZƏRTAC
Gürcüstanda qripə qarşı peyvəndləmə davam edir, vəziyyət stabildir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Gürcüstan qrip mövsümünə hazırdır. Hazırda A/H3N2 virusuna yoluxma hallarına ölkənin bütün bölgələrində rast gəlinir. Digər mövsümi respirator viruslar - rinoviruslar, paraqrip, respirator sinsitial virus və s. da qeydə alınıb. Virusun müalicəsi əsasən ev şəraitində ailə həkimi tərəfindən aparılır.
Ölkədə builki qrip ştamlarına qarşı peyvənd tətbiq edilir və artıq 150 minə yaxın insan peyvənd olunub.
Səhiyyə Nazirliyi tərəfindən alınmış Fransa istehsalı olan dördkomponentli mövsümi vaksin bütün şəxslərə təqdim olunur və peyvənd pulsuz həyata keçirilir. Qrip peyvəndi bütün əhali qrupları üçün tövsiyə olunur, lakin xüsusilə hamilə qadınlar, qocalar, uşaqlar (altı aylıqdan), zəif immun sistemi olan insanlar və xroniki xəstəlikləri olanlar kimi yüksək riskli şəxslər üçün vacibdir.
“Mövcud epidemioloji vəziyyətə uyğun olaraq, proses tam nəzarət altındadır və səhiyyə sistemi mövsümə uyğun olaraq əhaliyə vaxtında və keyfiyyətli xidmət göstərməyə hazırdır”, – deyə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]