GÜRCÜSTANIN KAXETİ BÖLGƏSİNİN KƏNDLİLƏRİ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN KAXETİYƏ KÖÇÜRÜLMƏSİNİ XAHİŞ EDİRLƏR
Tbilisi, 24 iyul (AZƏRTAC). Son vaxtlar Gürcüstanın bir neçə idarə və nazirliklərinin müxtəlif şəhərlərə köçürülməsi təklifləri irəli sürülür. Gürcüstan parlamentinin Kutaisi şəhərindən majoritar deputatı Akaki Boboxidze parlamentin Kutaisiyə köçürülməsi təklifini irəli sürmüşdür. Bu təklifə rəyini bildirən Prezident M.Saakaşvili demişdir ki, parlamentin komitə iclaslarının Tbilisidə, ümumi iclaslarının isə Kutaisidə keçirilməsinə tərəfdardır.
Bundan az sonra Kaxeti bölgəsinin kəndliləri iqtidara Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin Tbilisidən Gürcaani şəhərinə köçürülməsi xahişi ilə müraciət etmişlər. Onların fikrincə, bununla ölkənin əsas əkinçilik və üzümçülük diyarı sayılan Kaxetidə problemləri yerində həll etmək mümkün olar.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]