Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze ömrünün 87-ci ilində vəfat etmişdir
Bakı, 7 iyul (AZƏRTAC). Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze ağır xəstəlikdən sonra iyulun 7-də, ömrünün 87-ci ilində Tbilisidə vəfat etmişdir.
AZƏRTAC Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, E.Şevardnadze yerli vaxtla 12.00 radələrində vəfat etmişdir. Onun dəfn tarixi hələ bildirilmir.
Eduard Şevardnadze 1928-ci il yanvarın 25-də Gürcüstan SSR Lançxuti rayonunun Mamati kəndində anadan olmuşdur. Tbilisidə tibb texnikumunu və Kutaisidə A.Sulukidze adına Kutaisi Pedaqoji institutunu bitirmişdir.
1965-1972-ci illərdə Gürcüstanın daxili işlər naziri, 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi olmuşdur. 1985-ci ildə SSRİ xarici işlər naziri təyin edilmişdir. 1985-1990-cı illərdə Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuşdur. SSRİ dağılandan sonra E.Şevardnadze Gürcüstana qayıtmış, 1992-ci ildə ölkə parlamentinin sədri seçilmişdir. 1995-ci ildə Gürcüstanın prezidenti seçilmiş və 2003-cü ilin noyabr ayına qədər həmin vəzifədə çalışmışdır. 2006-cı ildə E.Şevardnadzenin “Keçmiş və gələcək haqqında fikirlər” adlı memuarları gürcü dilində nəşr edilmişdir.
E.Şevardnadze ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev arasında sıx dostluq münasibətləri olmuşdur. O həm də özünü Azərbaycanın böyük dostu hesab edirdi.
Ömrünün son illərində E.Şevardnadze fəal siyasətlə məşğul olmurdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]