GÜRCÜSTANIN PROKURORLUQ SİSTEMİNDƏ İSLAHAT APARILIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra bütün strukturlarda olduğu kimi, hüquq mühafizə orqanlarında da islahatlara başlanmışdır. Baş prokuror Zurab Adeişvilinin sözlərinə görə, prokurorluq sistemində islahatlar avqustun sonunadək başa çatdırılacaqdır. Mövcud 73 rayon prokurorluğundan 47-si, 10 diyar prokurorluğundan isə 2-si ləğv ediləcəkdir. Baş prokurorluqda və Tbilisi şəhər prokurorluğunda da ciddi ixtisarlar nəzərdə tutulur. İxtisar olunmuş ştatlar hesabına əməkdaşların maaşları artırılacaqdır. Prokurorluq sisteminə əməkdaşlar əsasən müsabiqə yolu ilə qəbul ediləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]