GÜRCÜSTANIN QEYRİ-GÜRCÜ MƏKTƏBLƏRİNİN ŞAGİRDLƏRİNƏ PULSUZ DƏRSLİKLƏR VERİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yeni dərs ilində Gürcüstanın qeyri-gürcü məktəblərinin I-XI-ci sinif şagirdləri üçün 50 min ədəd “Gürcü dili”, V-XI-ci sinif şagirdləri üçün 38 min ədəd “Gürcüstan tarixi” dərsliyi pulsuz veriləcəkdir. Gürcüstan Təhsil və Elm Nazirliyi bu məqsədlə 200 min lari ayırmışdır.
Nazirlikdən həmçinin bildirmişlər ki, qeyri-gürcü məktəblərinin birinci sinif şagirdlərinin ana dili dərslikləri ilə təmin olunması üçün Rusiya, Azərbaycan və Ermənistan təhsil nazirliklərinin nümayəndələri ilə danışıqlar aparılır. Nazirliyin həmin dərslikləri alıb qeyri-gürcü məktəblərinin şagirdlərinə pulsuz paylayacağı ehtimal olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]