DÜNYA
Gürcüstanın xarici ticarət dövriyyəsi artıb
Tbilisi, 13 iyun, AZƏRTAC
Cari ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında deyilir.
Bildirilir ki, 5 ayda ölkənin xarici ticarət dövriyyəsi 4 milyard 959 milyon ABŞ dolları təşkil edib. Bu da illik müqayisədə 1 faiz çoxdur.
Yanvar-may aylarında Gürcüstan 1 milyard 466,8 milyon dollarlıq məhsul ixrac edib. Hesabat dövründə idxalın dəyəri 3 milyard 492,3 milyon dollar olub. Müvafiq olaraq ixracda 14,2 faiz, idxalda isə 3,6 faiz azalma müşahidə olunub.
Ölkənin xarici ticarət dövriyyəsində 2 milyard 25,5 milyon dollar mənfi saldo yaranıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi