Əqli Mülkiyyət Agentliyi Avrasiya iddia sənədlərinin elektron formada verilməsi xidmətini istifadəyə verib
Bakı, 11 fevral, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyi Avrasiya Patent İdarəsinin dəstəyi ilə Avrasiya iddia sənədlərinin elektron formada verilməsi xidmətini istifadəyə verib. Avrasiya məkanında ilk dəfə ölkəmizdə həyata keçirilən pilot layihəsi nəticəsində bu xidmət Əqli Mülkiyyət Agentliyinin PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) elektron informasiya sisteminə inteqrasiya olunub və Azərbaycandan olan iddiaçılara ixtira və sənaye nümunələri üçün Avrasiya iddia sənədlərini elektron qaydada və birbaşa olaraq Avrasiya Patent İdarəsinə təqdim etmək imkanı yaradılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, yeni funksional xidmətin tətbiqi iddiaçıların müracət etməsini asanlaşdırır, ekspertlərin iş yükünü ciddi şəkildə azaldır və fəaliyyətini sürətləndirir. PƏNAH sisteminə inteqrasiya edilmiş bu xidmət Avrasiya iddia sənədlərinin işlənməsi prosesini daha sürətli və effektiv edir, hüquqi prosedurları sadələşdirir, iddiaçıların müraciətlərini daha tez və dəqiq qiymətləndirməsinə imkan verir, bürokratik əngəlləri aradan qaldıraraq şəffaflığı təmin edir və ixtira fəallığını artırır. Beləliklə, həm iddiaçılar, həm də ekspertlər üçün daha rahat və vaxta qənaət edən bir iş mühiti yaradılır.
Qeyd olunan xidmət hər kəsə istənilən vaxt və istənilən yerdən əlçatan olan, 24/7 rejimində fəaliyyət göstərən milli PƏNAH sisteminə əsaslanır və bu sistem vasitəsilə həyata keçirilir.
PƏNAH sistemində bu yeniliklərin tətbiq olunması Azərbaycanın beynəlxalq patent iddia sənədlərinin təqdim olunması sahəsindəki müasir yanaşmalara və innovasiyalara açıq olmasını bir daha təsdiq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [15:27]
Azərbaycan-Türkiyə peşə təhsili əməkdaşlığı icra mərhələsinə keçir
- 11.02.2026 [14:44]
Milli terminoloji düşüncə və folklor: dilin daxili mənbələrinə dönüş
- 11.02.2026 [13:56]
Yerquruluşunun layihələndirilməsi haqqında dərslik nəşr olunub
- 11.02.2026 [11:25]
Yeni təmir olunmuş bağçaya elektron qeydiyyat başlanıb
- 11.02.2026 [11:24]
BDU-da elmi seminar: Quran dilinin özünəməxsus tərkibləri
- 11.02.2026 [10:13]
Bakı Ali Neft Məktəbinin rəhbərliyi ADAU-da
- 11.02.2026 [10:10]