“Tottenhem”in baş məşqçisi istefaya göndərilib
Bakı, 11 fevral, AZƏRTAC
İngiltərənin “Tottenhem” komandası baş məşqçisi Tomas Frankla yollarını ayırıb.
AZƏRTAC “The Athletic” nəşrinə istinadla xəbər verir ki, buna London təmsilçisinin uğursuz çıxışı səbəb olub.
Klub artıq danimarkalı mütəxəssisin yerinə yeni baş məşqçi axtarışlarına başlayıb.
Qeyd edək ki, Tomas Frank 2025-ci ilin iyun ayından “Tottenhem”ə rəhbərlik edirdi. Komandanın Premyer Liqada qələbəsiz oyunlar seriyası səkkizə çatıb. Paytaxt klubu hazırda 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. “Tottenhem” Çempionlar Liqasında isə liqa mərhələsini 4-cü sırada bitirərək, birbaşa 1/8 finala vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]