Gürcüstanlı nazir: Biz Azərbaycan, Orta Asiya ölkələri və Çin ilə fəal çalışırıq
Tbilisi, 5 may, AZƏRTAC
Son illərdə dünyada və regionumuzda baş verən hadisələr ənənəvi marşrutların nə qədər kövrək olduğunu açıq şəkildə göstərdi. Risklər artıb və yeni, etibarlı və proqnozlaşdırıla bilən dəhlizlərə tələbat yaranıb. Məhz buna görə Orta Dəhliz xüsusilə vacib hala gəlib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili bildirib.
Onun sözlərinə görə, Gürcüstan məsuliyyəti öz üzərinə götürməyə və etibarlı tərəfdaş olmağa hazırdır ki, bu da ölkə üçün təkcə iqtisadi fürsət deyil, həm də dövlətin vəzifəsidir.
“Biz Azərbaycan, Orta Asiya ölkələri və Çin ilə fəal çalışırıq. Birgə səylərlə Orta Dəhliz artıq sadəcə bir perspektiv deyil, həm də qlobal ticarətdə real və getdikcə rəqabətli alternativə çevrilir”, - deyə Mariam Kvrivişvili vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [19:08]
Meksika paytaxtının yerləşdiyi ərazi sürətlə çökür
- 07.05.2026 [17:43]
Alimlər komanda ilə özü-özünü məhv edə bilən “canlı plastik” hazırlayıblar
- 07.05.2026 [17:20]
“Shell”in xalis mənfəəti artıb
- 07.05.2026 [16:29]
ABŞ-nin neft istehsalı azalıb
- 07.05.2026 [16:02]