“Haas” komandası rusiyalı pilotu Nikita Mazepinlə yollarını ayırmağı qərara alıb
Bakı, 4 mart, AZƏRTAC
Formula 1 üzrə dünya çempionatında çıxış edən “Haas” komandası rusiyalı pilotu Nikita Mazepinlə yollarını ayırmağı qərara alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalist Serxio Rodriges məlumat yayıb.
Bildirib ki, “Haas” Mazepini ehtiyat komandasından Pietro Fittipaldi ilə əvəzləyəcək. İyirmi altı yaşlı sürücü Mik Şumaxerlə birlikdə martın 10-12-də Bəhreyndəki ikinci qış test yarışında iştirak edəcək.
ABŞ təmsilçisinin tezliklə məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.
Sentyabrın 23-25-də təşkili planlaşdırılan Rusiya Qran-Prisi də ləğv edilib.
Formula 1 mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. İyunun 10-12-də Bakı şəhər halqasında Azərbaycan Qran-Prisi təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]