Hacıqabulda ölümlə nəticələnən yol qəzası olub VİDEO
Hacıqabul, 28 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabulda yol qəzası baş verib. Avtomobildə olan azyaşlı həlak olub, sürücü və sərnişin xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı sakini Həlimə Məmmədli idarə etdiyi "Nissan" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil aşıb. Qəza zamanı sürücünün azyaşlı övladı hadisə yerində ölüb. Ağır xəsarət alan sürücü və avtomobildə olan sərnişin Bakı sakini Xəyalə Əliyeva Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.