Hacıqabulda yarım ildə 10 min tondan çox süd istehsal olunub
Hacıqabul, 25 iyul, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda heyvandarlıq məhsulları istehsalı ilbəil artır. Rayonda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir, hərtərəfli qayğı göstərilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün rayonda müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni heyvandarlıq təsərrüfatları, quşçuluq kompleksləri və süni mayalanma məntəqələri yaradılır. Görülən işlər nəticəsində də rayonda mal-qaranın baş sayı, ət, süd, yun və yumurta istehsalı artır.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 35 min 140 baş iribuynuzlu mal-qara, 130 min 127 baş qoyun-keçi bəslənilir. Naxırlarda ana inək və camışların sayı 15 min 331 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər ət, süd və yun istehsalının da artmasına güclü təsir göstərib.
Cari ilin altı ayı ərzində rayonda 4 min 976 ton ət (diri çəkidə), 10 min 427 ton süd, 233 ton yun, 12 milyon 30 min ədəd yumurta istehsal olunub ki, bu da 2019-cu ildə istehsal olunan ətdən 528 ton, süddən 228 ton, yundan isə 2 ton çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]