Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq
Bakı, 4 aprel, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 6-sı səhərdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi, 6-sı səhərdən 7-si səhərədək şimal-qərb küləyinin 15-20 metr/saniyə, yarımadanın bəzi yerlərində arabir 28-33 metr/saniyəyədək güclənəcəyi, aprelin 7 və 8-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın rayonlarında aprelin 6-sı səhərdən 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Aprelin 6-sı səhərdən 7-si səhərədək qərb küləyi 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 28-33 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [12:50]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 22.06.2026 [16:49]
Bölgələrdə yağıntılı hava şəraiti davam edəcək
- 22.06.2026 [16:00]
Qubada sürüşmə davam edir VİDEO
- 22.06.2026 [15:41]
Gülşad Məmmədova: Küləyin sürəti gecəyə doğru zəifləyəcək
- 21.06.2026 [12:38]
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb
- 21.06.2026 [11:09]
Faktiki hava: Bölgələrə dolu düşüb, Bakıda güclü külək əsir
- 20.06.2026 [23:05]
Ağstafada diametri 28 millimetrə çatan dolu müşahidə olunub – Faktiki hava
- 20.06.2026 [14:24]