Hazırda Azərbaycanda 134 mindən çox əcnəbi yaşayır VİDEO
Bakı, 20 may, AZƏRTAC
Hazırda Azərbaycanda 134 min 298 nəfər əcnəbi yaşayır.
AZƏRTAC xəbər verir ki, bunu mayın 20-də DMX-nin rəisi Vüsal Hüseynov “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər” mövzusunda onlayn qaydada keçirilən konfransında deyib.
Xidmət rəisi qeyd edib ki, həmin şəxslər daha çox Rusiya, Gürcüstan və İran vətəndaşlarıdır. Ölkədə olan digər miqrantlar isə başqa ölkələrin vətəndaşlarıdır. Pandemiya ölkəmizdə əcnəbilərin olmasına da mənfi təsir göstərib.
Bu il yanvarın 1-dən indiyədək Azərbaycanda 551 min 872 nəfər əcnəbi olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə əcnəbilərin sayında 44 faiz azalma deməkdir. Ötən ilin müvafiq dövründə bu rəqəm 977 min 246 idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]