HƏMAS girovlara dair Parisdə razılaşdırılan təklifi aldığını təsdiqləyib
Bakı, 30 yanvar, AZƏRTAC
Fələstinin HƏMAS hərəkatı Qətər, Misir, ABŞ və İsrailin Parisdə iştirak etdiyi danışıqlarda girovların azad edilməsi ilə bağlı hazırlanmış ilkin təklifi alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə HƏMAS-ın sosial media hesabında hərəkatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəyə istinadla məlumat yayılıb.
“HƏMAS Parisdəki müzakirələr zamanı hazırlanan təklifi alıb və onu dəyərləndirir”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, İsmayıl Haniyə hərəkatın Paris razılaşmasına cavab tədbirlərinin hazırlanmasında “təcavüzün dərhal dayandırılması” və “işğal qüvvələrinin Qəzza sektorundan çıxarılmasının” prioritet olaraq qaldığını və yalnız bu şərtlərin yerinə yetirilməsini təmin edə biləcək təşəbbüslər nəzərə alınmaqla razılaşmaya hazır olduqlarını vurğulayıb.
O, həmçinin bildirib ki, hərəkatın rəhbərliyi Qahirədə ilkin razılaşmanı müzakirə edəcək. Lakin İsmayıl Haniyə Misir səfərinin dəqiq tarixini açıqlamayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]