Həndbol üzrə respublika çempionatı davam edir
Bakı, 17 fevral, AZƏRTAC
“ABU-Arena”da qadınlar və kişilər arasında həndbol üzrə ölkə çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə birinci dövrənin 3 görüşü keçirilib. Qadınlar arasında keçirilən qarşılaşmalarda “Qarabağ” “Gənclər Birliyi”nə 34:20, “Azəryol” klubu “Nur” komandasına 24:21 hesabı ilə qalib gəlib. Kişilər arasında baş tutan yeganə matçda isə 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası “Təhsil” klubuna 21:27 hesabı ilə məğlub olub.
Fevralın 17-də “Gənclər Birliyi”-“Nur”, “Azəryol”-“Qarabağ”, “Məhsul”-“Nəsimi” qarşılaşmaları keçiriləcək.
Xatırladaq ki, həndbol üzrə ölkə çempionatının birinci dövrəsi fevralın 19-dək davam edəcək.